Загрузка...

1468820309_13770419_1149336351775491_5193231158973134606_n

Aktrisa Pərvin Abıyeva əsəbləşib.

BAKU.WS xəbər verir ki o, “İnstagram” bloqunda paylaşdığı videosunda geyimlərinə qarşı çıxanların, hətta buna görə onun ünvanına təhqiramiz ifadələr işlədənlərin cavabını verib.

“Mən sərbəstliyi sevən adamam. Geyindiyim paltarlarda özümü sərbəst hiss edirəm. Göbəyiaçıq da geyinə bilərəm, qısa şort da. Bu məsələlərdə insanların fikrinə önəm vermirəm. Çünki bu mənim həyatımdır, belə geyinmək istəyirəm. Belə geyinən də tək mən deyiləm” – deyə aktrisa bildirib:

“Ona görə də bəzən insanlar sosial şəbəkədə paylaşdığım fotolarıma hədlərini aşaraq, şərhlər yazırlar. Amma bu heç kimə əsas vermir ki, haqqımda xoşagəlməz ifadələr işlətsin. Çox qəribə millətimiz var… Nə deyim vallah”.