Ötən gün Zaqulba çimərliyində batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib.
BAKU.WS xəbər verir ki, sahildən xeyli uzaqlaşan iki gəncin son anında köməyinə Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri çatıb. Operativ şəkildə xilas edilən gənclər sahilə çıxarılıb.
Xilasedicilərdən birnin şəxsiyyətini də öyrənə bildik. Aldığımmız məlumata görə, gənclərə ikinci həyat bəxş edən dalğıc-xilasedicinin biri Fuad Əmirbəyovdur.
Hadisə çimərlikdəki istirahət edən şəxslər tərəfindən lentə alınıb.
BAKU.WS-in əldə etdiyi videonu təqdim edirik: