Bakıda daha bir polis-sürücü mübahisəsi kameralara tuş gəlib.
Bu barədə görüntünü paytaxt sakinlərindən biri çəkərək Meydan tv-yə göndərib. İddiaya görə, yol polisi səbəbsiz yerə taksi sürücülərinə cərimə yazır.
Polis buna etiraz edən bir taksi sürücüsünü döyərək maşınını cərimə meydançasına aparır. Hadisə 20 Yanvar metro stansiyasının yaxınlığında baş verib.