Ermənistanda 1 iyuldan hərbi xidmətə yay çağırışı başlayıb.
BAKU.WS-in məlumatına görə, çağırışçılar xidməti yerinin seçimi püşkatma prinsipi üzrə həyata keçirilir. Ermənistanda bu yoll qanunsuz əməllərinin qarşısını almağa çalışırlar. Çünki, əksər hallarda valideynlər övladlarının Qarabağda hərbi xidmət çəkməyini istəmir. Xüsusilə, aprel döyüşlərindən sonra Azərbaycan ordusunun gücünü dərk edən ermənilər var gücləri ilə övladlarını qorumağa və Qarabağdan uzaq qaçmağa çalışır.
Çağırışçıların nəticələri məlum olduqdan sonra bəzi valideynlər ağlamağa başlayıb. Oğulunun Qarabağda xidmət keçəcəyini bilən qadın göz yaşlarını saxlaya bilməyib. Bu qadından fərqli olaraq, digər valideynlər sevinib. Qarabağdan kənara düşən əsgər atası sevincindən hətta danışa bilmir.
Görüntülərdən aydın olduğu kimi ermənilər artıq Qarabağda döyüşmək istəmir. Artıq ermənilər yad torpaq uğrunda qan tökmək istəmir. Ermənistan hakimiyyətinin məcburi qaydada tətbiq etdiyi bu sistem ölkə əhalisi arasında böyük narazılığa səbəb olub.