“AVRO 2016”-da İtaliyaya 2:0 hesabı ilə məğlub olan İspaniya millisinin baş məşqçisi Visente del Bosqe istefa verib.
Avropa.info xəbər verir ki, bu haqda İspaniyanın AS qəzeti məlumat yayıb. Məlumata görə del Bosqe bu gün axşam saatlarında istefa qərarını açıqlayıb.
Qeyd edək ki, İspaniya millisi del Bosqe ilə bir dəfə Dünya, bir dəfə isə Avropa çempionu olub.