Futbol üzrə Avropa çempionatında ¼ final oyunları başladı.
İlk oyunda Polşa və Portuqaliya milliləri üz-üzə gəlirlər.
Musavat.com xəbər verir ki, oyun başlamazdan öncə futbolçular və tamaşaçılar Türkiyədə baş vermiş qanlı terror hadisəsinin qurbanlarını 1 dəqiqəlik sükutla yad ediblər.
Polşa yığmasının hücumçusu Robert Levandovki 2-ci dəqiqədə topu portuqaliyalıların qapısından keçirib.
Matçın 33-cü dəqiqəsində portuqaliyalılar hesabı bərabərləşdiriblər.
Portuqaliya yığmasının və Lissabonun Benfika klubunun gənc ulduzu Renato Sançez bərabərlik qolunun müəllifi olub.
Oyunun birinci hissəsi bu hesabla başa çatıb.
***
Oyunun əsas hissəsində hesab 1-1 olaraq qalıb. Komandalar 30 dəqiqəlik əlavə vaxtda üstünlük əldə etməyə çalışıb.
Oyunda maraqlı hadisə baş verib. Azarkeşlərdən biri oyun vaxtı yaşıl sahəyə girib və Kriştiano Ronaldiya tərəf qaçmağa başlayıb. Oyun qısa müddət dayanıb. Təhlükəsizlik qüvvələri azarkeşi tutaraq çölə çıxardıqdan sonra oyun yenidən davam edib.
***
30 dəqiqəlik uzatma oyununda da bərabərlik dəyişməyib. Oyunun qalibi penaltı vuruşları ilə məlum olub. Penaltı vuruşları 5-3 hesabı ilə Portuqalıyanın xeyirinə bitib.