Müğənni Rəqsanə İsmayılovanın qızı Aysunun bir müddətdir ki, sevgili olduğu Türkiyə vətəndaşı Ali Tanrıkulu ilə nişanı təxirə düşüb.
Musavat.com-a bu haqda müğənninin mətbuat katibi Nərgiz Əliyeva məlumat verib. O, bildirib ki, müğənni bu gün qızına nişan mərasimi etməyəcək, o, kiçik qızı Yağmurun ad gününü qeyd edəcək.
Qeyd edək ki, Rəqsanə mətbuata açıqlamasında bildirmişdi ki, iyunun 28-də qızı Yağmurun ad günü ilə yanaşı, Aysunun da nişan mərasimini keçirəcək. Hətta, mediadan gizlətdiyi həyat yoldaşı ilə kamera qarşısına keçəcək.