Türkiyəli superstar Ajda Pekkan hələ yayımlanmamış yeni klipindəki imici ilə hər kəsi təəccübləndirib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçının yeni mahnısı “Ayrılık ateşi” çıxdığı gündən böyük diqqət görüb və reytinqlərdə ilk sıralarda yer alıb.
Ajda Pekkan bu mahnıya çəkdirdiyi klipdən bir görüntünü sosial şəbəkədə paylaşıb. “Klipdən bir görüntü. Dayana bilmədim, paylaşdım” şərhini yazan sənətçi qəhvəyi rəngli qısa saçları ilə maraq doğurub.