Türkiyənin “Qalatasaray” klubunun oyunçusu Sabri Sarıoğlunun xanımı Yağmur Sarıoğlu insanların qəzəbinə tuş gəlib.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur futbolçunun xanımının yayılan videosu qalmaqala səbəb olub.
Y.Sarıoğlu futbolçu həyat yoldaşı tərəfindən hədiyyə edilən “Lombarghini” markalı avtomobillə magistral yolda saatda 270 km sürətlə hərəkət edib.
Yağmurun bu hərəkəti cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Sosial mediada geniş müzakirə olunan görüntülər vətəndaşları qəzəbləndirib. Futbolçunun xanımı polisə şikayət edilib.
Y.Sarıoğlu avtomobili yüksək sürətlə idarə edərkən yanında onun dostu, Türkiyədə internet fenomeni olan Kerimcan Durmaz da olub.
K.Durmazın avtomobilin içərisində “Yağmur dur” deyə qışqırması da müzakirələrə səbəb olub.
Sözü gedən videogörüntüləri sizlərə təqdim edirik.