Hollivudun sevilən cütlüyü Mila Kunis və Eşton Katçer paparassilərin hədəfinə düşüblər.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, hamilə olan Milanın bədən quruluşundakı dəyişiklik diqqətdən qaçmayıb. Ona görə də qarın nahiyəsinə geniş köynək geyinən aktrisanın neçə aylıq hamilə olması da bilinmir.
Qeyd edək ki, 2012-ci ildən görüşən ikilinin 2014-cü ildə ilk uşaqları dünyaya gəlib. Keçən ilin iyulunda isə onlar ailə qurublar.