Müğənni Emrahın uzun müddət rədd etdikdən sonra soyadını verdiyi oğlu Tayfun sosial şəbəkədə anasının fotosunu paylaşaraq atasına sərt sözlər yazıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, tez-tez küsüb barışan ata-oğul nadir hallarda görüşürlər. Tayfun anasının gənclik fotosunu bu qeydlə paylaşıb:
“Keçmişi qurcaladıq, tozlu rəflərə baxdıq. O zaman anama aşiq olmamaq üçün kor olmaq lazım imiş: biriləri belə kor oldu deyəsən, sevmədi… Canım anam mənim! Sağ tərəfdəki anamdır…”