Bakıda qəza baş verib.
1xəbər.com xəbər verir ki, hadisə Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində olub.
“Niva” markalı avtomobil işıqforun qırmızı işığına məhəl qoymadan yolu keçən zaman baş yolda hərəkət edən “İnfiniti QX-80” markalı avtomobil ilə toqquşub.
Nəticədə “Niva”nın sürücüsü və hadisə zamanı səkidə dayanan piyada xəsarət alıb.