İtaliyanın Paduya şəhər sakini iddia edib ki, anoreksiya xəstəliyindən İnstaqram sosial şəbəkəsi sayəsində müalicə olunub.
2013-cü ildə Silvia Faşans 44 kiloqram çəkisində, 177 santimetr uzunluğunda imiş. İtalyan qızın sözlərinə görə, çəkisini itirməsinə nənəsinin ölümünə görə keçirdiyi depressiya səbəb olub. Həmin vaxt qohumları da onunla ünsiyyəti kəsiblər. İnstagram vasitəsilə Faşans öyrənib ki, anoreksiyadan əziyyət çəkən qızlar çoxdur. Onlarla ünsiyyət onu bu bəladan xilas edib və düzgün qidalanma rejiminə keçib. Qızların məsləhətinə əməl edərək, 22 yaşlı qız idman zallarına gedib və öz qida rasionuna diqqət edib.
Hazırda o, müntəzəm olaraq öz idman məşğələləri barədə sosial şəbəkədə fotolar paylaşır.
Musavat.com