Futbol üzrə Avropa çempionatına erkən vidalaşan Türkiyə milliləri vətənə dönüblər.
Musavat.com-un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə milli futbolçulardan sadəcə 5-i, Şənər Özbayraklı, Səlcuq İnan, Onur Kıvrak, Ahmet Çalık onları vətənə gətirən təyyarədə olub.
Qalan futbolçular isə İstanbula gəlməyiblər.
Baş məşqçi Fatih Terim isə hava limanından İzmirə uçan təyyarəyə keçib.
Gələn futbolçuları avtobusa qədər polis müşaiyət edib.