Загрузка...

85062_8zznjj76b3

Model Xenia Deli özündən 36 yaş böyük misirli iş adamı Ossama Fathi Rabah Al-Shariffla toyu olub.

 

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 26 yaşlı Delinin toyu Yunanıstanın Santorini adasında baş tutub. O, mərasimə “Zuhair Murad” imzalı gəlinlik geyinib. Libasın arxası bir neçə metr uzunluqda qumaş və krujevadan ibarət olub.  Toy 800 min funt sterlinqə başa gəlib.  Qeyd edək ki, Castin Biberin bu il təqdim etdiyi “What Do You Mean” adlı mahnısının klipindəki cəsarətli səhnələri ilə məşhurlaşan gözəl daha əvvəl “Victoria’s Secret” və “Playboy” üçün də modellik edib.

 

O, misirli iş adamı keçən yaya tanış olub. Ossamanın ona aldığı bahalı hədiyyələt tez-tez medianın müzakirəsində olurdu.