Hindistan dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatının sahibi olub.
Axar.az xəbər verir ki, bu sözlər “Veforum.org” saytının tədqiqatında yer alıb. Belə ki, 2016-cı ilin birinci rübündə Hindistanda ümumdaxili məhsulun artımı 7,9% olub. Bu isə liderliyin Çinin əlindən alınması anlamına gəlir. Pekin bu ilin ilk yarısında əldə etdiyi göstərici 6,7%-dir.
Hindistan iqtisadiyyatının böyüməsi daha çox kənd təsərrüfatı sektoru ilə bağlıdır. Əvvəllər idxalatdan asılı olan ölkə artıq ixracatçıya çevrilib. Həyat şəraitinin keyfiyyətinin və səviyyəsinin artması ölkənin demoqrafik dividentlər əldə etməsinə səbəb olub. Hindistan yaxın zamanlarda dünyada ən böyük və gənc işçi qüvvəsinə sahib olan ölkəyə çevriləcək.