Parisdə moda həftəsi keçirilib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, tədbir çərçivəsində “Louis Vuitton”-un yaz-yay kolleksiyası nümayiş olunub.
Gecəyə model Keyt Moss və Devid Bekhem qatılıb. Bekhem klassik qara şalvarda və köynəkdə dəbli və seksual görünməyə çalışıb. Moss isə rəngli kostyumu ilə diqqət çəkib. Model makiyajsız olsa da, cazibədar görünüb. Keytin yanında sevgilisi Nikolay Bismari də olub. Tədbirdə Keyti darıxmağa qoymayan Devid zarafatları ilə onu güldürüb.