img2119631

Xəbər verdiyimiz kimi, Ermənistan prezidenti dünən işğal altındakı Dağlıq Qarabağa səfər edib.

Avropa.info erməni KİV-ə istinadən xəbər verir ki, Serj Sarkisyan qondarma respublikanın “rəhbərləri” ilə görüş keçirib.

Sarkisyan işğal altında olan ərazilərdəki erməni əsgərləri ilə görüşüb. Ermənistan prezidenti cəbhə xəttindəki vəziyyətlə tanış olub.

Bu səfərdə diqqət çəkən əsas məqam Sarkisyanın Azərbaycan ordusunun işğaldan azad etdiyi Lələtəpəyə baxış keçirməsi olub.