Yaponiya hökuməti Şimali Koreyanın raket təhlükəsinə qarşı orduya hazırlıqlı olması barədə təlimat verib.
Axar.az xəbər verir ki, Pxenyanın Musu adlanan bölgəyə yenidən ballistik raket yerləşdirməsi ilə bağlı Cənubi Koreyadan Tokioya məlumat daxil olub.
Bu xəbərdarlıqdan sonra ölkə ərazisinə, yaxud hava məkanına daxil olan icazəsiz obyektləri vurmaq barədə Yaponiya ordusuna əmr verilib.