Bədən quruluşuna görə dünyadakı əksər qadınların qısqanclıq hədəfi olan Cennifer Lopez kompleksindən danışıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o, əvvəllər öz bədənini sevmədiyini deyib:
“Özümü tez-tez başqa qadınlarla müqayisə edirdim, bədənimi cəzbedici adlandıranda dözə bilmirdim. Özümü kifayət qədər qamətli hesab etmirdim”.
Maks və Emma adlı 8 yaşlı əkizlərin anası olan Lopez öz üzrərində işləməyin vacib olduğunu deyib:
“Bu, çox əhəmiyyətlidir. Çünki bu zaman ətrafa özünəinam hissi və əminlik saçırsan. Rəqs bu məsələdə ən yaxın köməkçidir”.