Avro-2016-nın qrup mərhələsində sonuncu turun oyunları keçirilir.
Axar.az xəbər verir ki, B qrupunda Rusiya Uelslə qarşılaşır. Qonşu ölkənin yığması Avro-2016-da mübarizəni davam etdirmək üçün hökmən qələbə qazanmalıdır. Uels isə qalib gəlməklə 1/8 finala yüksəlməyə can atacaq. Bu ölkənin komandası heç-heçə etsə də, növbəti mərhələyə çıxmaq şansını qoruyacaq.
Qrupun digər oyununda İngiltərə və Slovakiya milliləri üz-üzə gəlir.
Qeyd edək ki, bu görüşlər qardaş Türkiyə millisi üçün də böyük əhəmiyyət kəsb edir. Belə ki, Türkiyənin də ən yaxşı qrup üçüncüsü kimi 1/8 finala çıxmaq şansı var.
Rusiya millisi Uelsin oyunçusu Remzinin görüşün 11-ci dəqiqəsində vurduğu qolla hesabda geri düşdü: 0-1.
Teylor matçın 20-ci dəqiqəsində Rusiyanın qapısından 2-ci topu keçirdi: 0-2.
Uels millisinin hücumçusu Qaret Beyl görüşün 67-ci dəqiqəsində Rusiya yığmasının qapısından 3-cü topu keçirdi: 0-3.
İngiltərə Slovakiya matçında isə hələ ki, hesab açılmayıb.
***
“B” qrupunda Rusiya Uelslə qarşılaşıb. Oyun uelslilərin böyük hesablı qələbəsi ilə başa çatıb 3:0. Üç oyundan 6 xal qazanan Uels yığması qrupda 1-ci yeri tutaraq 1/8 finala vəsiqə qazanıb.
İngiltərə və Slovakiya matçında isə qolsuz bərabərlik qeydə alınıb. Beləliklə, İngiltərə yığması 5 xal toplayaraq 2-ci pillədən play-off mərhələsinə adlayıb.
Slovakiya 4 xalla qrupda 3-cü yeri tutub. Rusiya isə AVRO-nu tərk edəcək.
Məlum olduğu kimi, AVRO-2016-da ən yaxşı nəticə göstərən dörd qrup üçüncüsü 1/8 finala vəsiqə qazana biləcək. Beləliklə, Slovakiyanın play-off mərhələsinə yüksəlməsi digər qruplardakı mübarizənin nəticələrindən asılı olacaq./APA/