Məşhur Hollivud aktrisası Culiya Roberts həyat yoldaşı ilə birgə Havay adalarında dincəlir.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bir ildə 3 filmə çəkilən Culiya artıq istirahətin dadını çıxarır. Aktrisa Kann film festivalından sonra özünə “ikinci balayı” edərək uşaqlarsız istirahətə yollanıb. Paparazzilərin hədəfinə tuş gələn cütlük bir-birini öpüşlərə qərq edib. Culiya fotokameralardan ehtiyatlandığı üçün çimərlik geyimi geyinməyib. 48 yaşlı aktrisa yenə də bədən quruluşu ilə diqqət çəkib.