Rusiyanın Sankt-Peterburq şəhərindəki tərəvəz anbarlarından birində azərbaycanlılar arasında kütləvi dava baş verib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Sofiyski 60 küçəsindəki tərəvəz bazasında cərəyan edib.
100-200 nəfərlik qruplar arasında baş verən kütləvi dava zamanı 1 Azərbaycan vətəndaşı öldürülüb.
Yerli mətbuatın yazdığına görə azərbaycanlı ticarətçini həmyerlisi qətlə yetirib.
Onu başından vuran soydaşı polis tərəfindən saxlanılıb.