Ukraynanın hüquq-mühafizə orqanları gürcü “qanuni oğru” Dato Svan ləqəbi ilə tanınan David Qerlanini ölkədən çıxarıblar.
Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda özünün Facebook səhifəsində Ukrayna milli polisinin rəhbəri Xatiya Dekanoidze məlumat yayıb.
Onun sözlərinə görə kriminal avtoritet iyunun 18-də Odessadakı restoranlardan birində saxlanılıb. Onun üzərində David Çaçibayanın adın Ukrayna pasportu aşkarlanıb. Dekanoidze sənədin saxta olduğunu ehtimal edir.
Milli polisin rəhbəri gürcü “qanuni oğru”nun hazırda vətənəinə qaytarıldığını da bildirib.
Bundan əvvəl təhlükəsizlik xidməti Ukraynadan Reziko Cvarski ləqəbli gürcüstanlı “qanuni oğru”nu çıxarıb.