Məşhur model İrina Şeyk saç düzümündə dəyişiklik edib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, daha öncə parik taxaraq bu görünüşə sahib olan İrina bu dəfə də risk etməkdən çəkinməyib.
O, “W Magazine” jurnalının art-direktoru Edvard Enninful və “Givenchy”-nin art-direktoru Rikardo Tişi ilə çəkiləcəyi qısa videoçarx üçün bu addımı atıb. Videoda İrina Prinsin “Purple rain” səsləndirəcək. Təbii makiyajla kamera qarşısına keçən Şeyk zərif obrazı ilə maraq doğurub.