Uzun illər sonra ilk dəfə “Oscar” mükafatına layiq görülən Leonardo DiKaprio “The Wolf of Wall Street” filminə görə məhkəməlik olub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Endryu Qrin adlı şəxs Leonardonun 2013-cü ildə rol aldığı həmin filmdəki obrazın özündən ilhamlandığı və bu vəziyyətin ona zərər yetirdiyini düşündüyü üçün məhkəməyə müraciət edib.
15 milyon dollarlıq təzminat tələb edən iddiaçının ifadəsinə əsasən filmdə “Cordan Belfort” obrazını canlandıran DiKaprio da dindiriləcək.
Qeyd edək ki, filmin prodüser şirkətlərindən olan “Appian Way Productions”-ın sahibi olan 41 yaşlı Leonardo “Cordan Belfort” obrazı ilə “ən yaxşı kişi aktyor” nominasiyasında “Oskar”a namizəd göstərilsə də, mükafatı qazana bilməmişdi.