Böyük Britaniyanın gözəllik kraliçası Zara Hollandın verilişdəki uyğunsuz davranışları başına bəla olub.
Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, o, İTV-də yayımlanan “Eşq adası” proqramında iştirakçı Aleks Bovenlə sevişib, həmin görüntülər efirdə yayımlanıb.
Realiti şounun son buraxılışında yer alan görüntülər birmənalı qarşılanmayıb, sosial şəbəkələrdə onun tacının geri alınması barədə kampaniyalara start verilib.
Bunun ardından layihə təşkilatçıları bir araya gəlib, tacının əlindən alınması ilə bağlı müzakirə aparıblar.
“Gözəllik kraliçasının cəmiyyətə nümunə olmağı kimi bir missiyası var. Zara bunu açıq şəkildə pozub. Bu cür hərəkətə görə onun tacı əlindən alınacaq”, – deyə təşkilatçı açıqlama yayıb.
http://s018.radikal.ru/i526/1606/7c/fda9cb5e125c.jpg
http://s020.radikal.ru/i714/1606/a0/b037c502988d.jpg
http://s020.radikal.ru/i707/1606/89/9577106e1efc.jpg
http://s13.radikal.ru/i186/1606/29/5c88deaa58f5.jpg
http://s41.radikal.ru/i091/1606/94/54a000793457.jpg
http://s018.radikal.ru/i512/1606/95/09e70dde4068.jpg
http://s020.radikal.ru/i717/1606/59/32e94797b22f.jpg