Fransanın Lill şəhərində 12 rusiyalı azarkeş saxlanılıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Nor-Pa-de-Kale regionunun prefekti bildirib.
“Ümumilikdə, iyunun 15-də Lill şəhərində futbol fanatları arasında baş verən toqquşmalar nəticəsində 27 nəfər saxlanılıb, onlardan 12-si Rusiya vətəndaşlarıdır. Saxlanılanların cinayət məsuliyyətinə cəlb olunub-olunmaması məsələsinə dair yaxın 1-2 gündə qərar veriləcək”, deyə prefekt bildirib.
Marseldə, Rusiya-İngiltərə oyunundan əvvəl baş verən iğtişaşlara görə isə 20 Rusiya vətəndaşı Fransadan deportasiya olunacaq.
Xatırladaq ki, iyunun 10-da Fransada futbol üzrə XV Avropa çempionatı start götürüb.