Hadisəni lentə alan gənc qız ölüb.
ABŞ-ın Orlando şəhərində “Pulse” gecə klubuna silahlı hücumun görüntüləri yayılıb.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, videonu lentə alan gənc qız atışma zamanı öldürülüb.
Xatırladaq ki, iyunun 12-də Florida ştatının Orlando şəhərində gecə klubuna silahlı basqın zamanı 50 nəfər həyatını itirib, 53 nəfər yaralanıb.
İnsanlara atəş açan şəxs Ömər Mətin polislə atışma zamanı öldürülüb.