Müğənni Mətanət Əsədova sosial şəbəkədə ona təhqir yazanları polisə şikayət edib.
Axşam.az-ın məlumatına görə, ifaçı bu haqda “Hər şey daxil” verilişində deyib.
O, bildirib ki, tənqid yazanların əksəriyyəti müğənni həmkarlarıdır:
“O insanlara özüm şəxsən müqavimət göstərməyəcəm. Qanunla onları cəzalandıracam. Bir-ikisini polisin əli ilə tapmışam. Gəlib yalvarırlar ki, ailəmə getsin yazdığım sözlər. Nəyə lazımdı o təhqiri yazmaq?
Çoxu da müğənnilərdir. Efirə məcbur çıxıb, vaxtı boş yerə alanlardır. Musiqi zövqü olmayanlar, insanlıqdan bixəbərlər, ailə tərbiyəsindən kənar qalmış insanlardır. Bəsdirin, özünüzə yığışın, utanın ölün. Hamınızı bir-bir polis idarəsinə gətizdirəcəyəm. Bu işin üstünə ciddi düşmüşəm”.