Aktyor Kıvanç Tatlıtuğun çəkiləcəyi serialla bağlı müzakirələr bitmir.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2 ildir kino həyatına fasilə verən aktyor
üçün tərəf müqabili axtarışı nəticə verməyib. Bu aralar, Tatlıtuğla birlikdə Tuba Büyüküstünün serialda çəkiləcəyi xəbərləri yayılıb. Bunun ardınca daha bir aktrisa, Serenay Sarıkayanın adı namizədlər sırasında yer alıb. Serenayla danışıqlar aparılan zaman, Sema Ergenkon və Eylem Canpolatın qələmə aldığı ssenarinin bəyənilmədiyi məlum olub. Ssenari yenidən gözdən keçirilənə kimi, Kıvanç Tatlutuğun da tərəf müqabili təsdiqini tapacaq.