“Avro-2016″nın E qrupunda Belçika – İtaliya oyunu başlayıb.
Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, komandalar meydana aşağıdakı tərkibdə çıxıb.
Belçika: 1. Tibo Kurtua, 2. Tobi Alderveyreld, 3. Tomas Vermalen, 4. Raca Nainqolan, 5. Yan Vertongen, 6. Aksel Vitsel, 7. Kevin de Bruyne, 8. Maruan Fellaini, 9. Romelu Lukaku, 10. Eden Azar (k), 23. Loren Siman
İtaliya: 1. Canluici Buffon, 3. Corcio Kyellini, 4. Matteo Darmian, 6. Antonio Kandreva, 9. Qraziano Pelle, 15. Andrea Barzagli, 16. Daniele de Rossi, 17. Eder, 18. Marko Parolo, 19. Leonardo Bonucci, 23. Emanuele Çakkerini.
***
Qeyd edək ki, Çakkerininin 32-ci dəqiqədə vurduğu qolla İtaliya millisi 1-0 irəlidədir.
Hakim oyuna 3 dəqiqə əlavə edib. Oyuna artırılmış əlavə vaxtda İtaliyan futbolçu Pelle 2-ci qolu Belçikanın qapısına vurub.
Beləliklə oyun 2:0 hesabı ilə İtaliyanın xeyirinə başa çatıb.