Öz əzablarından zövq alan, hətta onları mifləşdirən millətin adını bilməyən yəqin ki, yoxdur. Bu, əlbəttə ki, qonşu ermənilərdir. Bəla burasındadır ki, onlar təkcə öz əzablarından zövq almırlar, həm də qonşu xalqların dincliyini, hüzurunu, həyat ritmini pozmağa çalışırlar, onların da daima əzab-əziyyət içində yaşamasına nail olub bundan maniakal şəkildə həzz alırlar.
“Əzabkeş erməni xalqı” deyiminin ikinci mühüm özəlliyi budur. Erməni mazoxizminin, əzablardan ləzzət almağın təzahürüdür ki, Azərbaycana qarşı torpaq iddiasının, Qarabağın işğalının ona yalnız səfalət və məhrumiyyətlər gətirdiyinə əmin olmaq üçün qonşulara 26 il bəs eləməyib.
Dünyada ən bədbəxt millətlər şəksiz ki, köləliklə azadlığın, azadlıqla işğalın yerini səhv salan, təcavüzə, istilaya azadlıq donu biçənlərdir. Onların hamısı it günündə yaşayır – ermənisi də, rusu da. Çünki nə üstündə bərqərar olduqları torpaq özlərininkidir, nə də qürrələndikləri azadlıq gerçək bir azadlıqdır.
Millət də insan kimidir: yadların yox, yalnız özünün biçimində gözəldir, təbiidir, urvatlıdır. İnsanlar kimi bir millətin azadlığı da başqa millətin azadlığı başlayan yerdə bitir. Əfsus ki, bu elementar dünyəvi norma XXI əsrdə də ermənilərə çatmır. Əks halda, Şuşanın işğalına “Şuşanın azad edilməsi, bəşəri cinayət olan Xocalı soyqırımına ”Xocalının təmizlənməsi”, Ermənistanın Rusiyadan total asılılığına, faktiki, kölə statusuna isə “müstəqillik” deməzdilər.
Özü də bu, tək erməni toplumuna xas təfəkkür tərzi deyil. Ermənistanın hakim qüvvəsi, siyasi elitası da eyni cür düşünür. Millətin bədbəxtçiliyi də artıq deyildiyi kimi, azadlıqla köləliyi, işğalla azadlığı, bəşəri cinayətlə haqq-ədalət anlayışlarını qarışdırmasından başlayır.
Aydındır ki, öz azadlığının qədrini bilməyən, bütövlükdə azadlıq nə olduğunu bilməyən bir toplum üçün qonşu xalqları azadlığı da önəm kəsb edə bilməz. Biz məhz belə təfəkkürcə geri, məkrli bir xalqla qonşuyuq. Qarabağ məsələsinin uzanmasının tək səbəbi bu – normaldan uzaq xəstə erməni təfəkkürü, xəstə erməni toplumu.
Haramın, yalanın, istilaçılığın dövlət siyasətinə çevrildiyi ölkənin əhalisi isə rifahda ola bilməz. İşğalçı ermənilərin bugünkü durumuna baxmaq yetər. Maraqlıdır ki, bunu özləri də gizlətmirlər, dostları da etiraf edirlər.
“Qarabağda ermənilər acından ölür”. Bunu 2015-ci ildə işğal altındakı Dağlıq Qarabağa səfər edərək, orada özünə biznes yaratmağa çalışan rusiyalı qalmaqallı iş adamı German Sterliqov Ukraynan telekanalına müsahibəsində deyib. O, Dağlıq Qarabağdakı sadə ermənilərə yaşamaq üçün heç nə verilmədiyini bildirib.
Sitat: “Onlara sadəcə, ölməmək üçün bəs edəcək qədər pul verirlər. Orada kənd təsərrüfatının inkişafı üçün yaxşı şərait var, amma insanlara əkib-becərməyə imkan vermirlər”. Sterliqov deyib ki, Qarabağ ermənilərinin əksəriyyəti oradan qaçır. “Belə davam etsə, Qarabağda erməni qalmayacaq və azərbaycanlılar döyüşmədən boş qalmış ərazilərə geri qayıdacaqlar”.
Təəccüblü heç nə yoxdur. Çünki ermənilər əslində illərdir arzuladıqlarını alıb, istəyində olduqları mazoxist həyata qovuşublar. Üçüncü on illikdir miflərlə qidalanan, yaxud qidalandırılmağa razı olan bir millətin sonu necə olmalı idi ki?
Sizə mif lazımdırmı? Yaşayın, nə qədər istəyirsiniz. Əgər buna yaşamaq, həm də azad yaşamaq demək mümkünsə…