443096

 

Şimali İrlandiya futbol millisinin azarkeşi Nis şəhərində xəstəxanalardan birində vəfat edib.

Bu barədə azvision.az xəbər verir.

Məlumata əsasən 24 yaşlı irlandiyalı 8 metrlik hündürlükdən yıxıldıqdan sonra xəstəxanaya gətirilib. O, Şimali İrlandiya – Polşa oyunundan əvvəl xəstəxanaya çatdırılıb.

Xəbərdə qeyd olunur ki, azarkeş spirtli içkinin təsiri altında olub.

Qeyd edək ki, iyunun 11-də Fransada keçirilən Avropa çempionatında ilk ölüm hadisəsi qeydə alınıb. Xarici KİV-lərin yaydığı məlumata görə, rus azarkeşlərin masa ilə başından vurduğu ingiltərəli azarkeş ölüb. Bu, Avropa çempionatında ilk ölüm kimi yadda qalıb.

Загрузка...