İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni gələn həftənin ortasında ürəyindən əməliyyat olunacaq.
Modern.az xarici mediaya istinadən bildirir ki, əməliyyat zamanı onun zədələnən aorta klapanı dəyişdirələcək. Bundan əvvəl xəbər verilib ki, 4 dəfə İtaliyanın baş naziri postunu tutan Silvio Berluskoni ürəyindəki problemə görə xəstəxanaya yerləşdirilib.