Türkiyəli aktyor Necmi Yapıcı bu gün nikaha daxil olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nihan Durukan ilə ailə həyatı quran 44 yaşlı aktyor özünə sadə toy mərasimi təşkil edib. Nikah mərasiminə Kubat, Birol Güven, Şumer Ezgü kimi məşhurlar qatılıb. Toydan fotolar sosial şəbəkədə paylaşılıb. Qeyd edək ki, aktyor bundan öncə, 1996-cı ildə Melek Şahinlə ailə həyatı qurub. Aktyorun bu evliliyi 5 il davam edib.