Meksikanın Puebla ştatında 11 nəfərlik ailə güllələnib.
Modern.az xarici mediaya istinadən bildirir ki, Koskatlan şəhər merinin sözlərinə görə, insident iyunun 10-da səhər saatlarında baş verib. Ölənlərdən 5-i qadın, 4-ü kişi, 2-si uşaqdır. Digər məlumata görə, daha iki yetkinlik yaşına çatmayan uşaq ağır yaralanıb. Onlar yerli xəstəxanaya çatdırılıblar.