Qərar vermişəm, artıq evlənmək istəyirəm.
Bu sözləri tanınmış prodüser Tarix Əliyev doğum günü və gələcək planları haqda Axar.az-a danışarkən deyib. O, ən böyük arzusunun evlənmək olduğunu bildirib:
“37 yaşım oldu. Gələn ad günümə kimi ən böyük arzum ailə qurmaq və övlad sahibi olmaqdır. Əminəm ki, mən bir çox adamdan daha çox ailə-uşaq sahibi olmağa layiq biriyəm”.
Qeyd edək ki, tanımış prodüser Tarix Əliyev dünən özünə təmtəraqlı ad günü tədbiri keçirib.