Aktrisa Məryəm Uzerli “Mariya Claire Arabia” jurnalının iyun buraxılışının siması olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa ilə iki fotoqraf Dubayda maraqlı görüntülər lentə alıblar. Məryəm Uzerli müsahibəsində sənətə gəlişindən, çəkildiyi “Annemin Yarası” filmindən danışıb. Aktrisadan model olmaq istəyini xəbər alanda, bunları deyib: “Özümü model kimi görmürəm. Hamı kimi sadə insanam. Yaxşı insan və yaxşı ana olmağa çalışıram. Bacara biləcəyim işdən yapışıram”.
Məryəm “Ərəb aktyorlarıyla eyni layihədə iştirak etmək istərdinizmi?” sualına belə cavab verib: “Yaxşı ssenari olsa niyə də olmasın, çox sevinirəm. Bir aktrisa üçün çox gözəl bir təcrübə olardı. Hər zaman gözəl ssenari tapmaq asan olmur”.