Xalq artisti Gülyanaq Məmmədova ana olmağa hazırlaşmasından danışıb.
Axşam.az xəbər verir ki, Musavat.com-a açıqlama verən xalq artisti bildirib ki, 4-cü dəfə ana olacaq:
“Bilmirəm ki, hamilə olmağım barədə media nümayəndələri haradan xəbər tutub. Allah qismət etsə, dördüncü dəfə ana olacağam. Səhhətim yaxşıdır, hamiləliyin ilk aylarını yaşadığım üçün susurdum, təhlükəli zamanlardır, vaxt keçməsini istəyirdim. Əslində, bu haqda danışmaq istəmirdim, utanıram, böyük-kiçik var. Allah övlad payı verib, bununla gündəmə gəlmək istəmirəm. Allah balamı sağ-salamat qucağıma almağı qismət etsin, övladı olmayanlara bala payı versin”.
Qeyd edək ki, G. Məmmədovanının 3 övladı var.