“İslam dövləti” (İŞİD) qruplaşmasının edam videolarında tez-tez görüntülənən 4 yaşlı İsa Deyr anası ilə birlikdə İsveçə köçüb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar 9 ölkəni və 3 min kilometr məsafəni qət edərək İsveçə köçüblər.
Daha çox “Cihadi Cunior” adı ilə tanınan 4 yaşlı İsa Deyr İŞİD “paytaxtı” Rakkada lazımi tibbi yardım ala bilmədiyi üçün İsveçə köçüb.
O, 4 nəfər girovun olduğu avtomobili distansionik pultla partlatması videosu ilə məşhurluq qazanmışdı.