Dünyaca məşhur müğənni Prinsin ölüm səbəbi bəlli olub.
Axar.az xəbər verir ki, 57 yaşlı müğənninin narkotikdən öldüyü bildirilib. Məlumata görə, Prins xaşxaşdan əldə edilən opioid adlı maddədən ölüb.
Qeyd edək ki, amerikalı müğənni Prins Rocers Nelson aprelin 21-də vəfat edib.