ABŞ-ın Texas ştatında daşqın qurbanlarının sayı 16 nəfərə çatıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Fort-Hud hərbi bazası yaxınlığında ABŞ ordusuna məxsus yük maşınını sel aparması nəticəsində itkin düşən daha 4 hərbi qulluqçunun meyiti aşkarlanıb. Fort-Hud hərbi bazasının rəis müavini Con Uberti məlumatı təsdiqləyib. Bundan əvvəl 5 hərbçinin öldüyü, 3-ün itkin düşdüyü bildirilirdi. Beləliklə, son həftə ərzində Texas ştatında davam edən şiddətli yağış və daşqın nəticəsində ölənlərin sayı 16-ya çatıb.