Türkiyə millisinin üzvü Arda Turanın “Barselona”dakı taleyinə aydınlıq gəlib. ANS PRESS-in məlumatına görə, yarımmüdafiəçi Kataloniya klubunda qalacaq.
Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Rəsmi sayt vasitəsi ilə çıxış edən “Barselona”nın idman direktoru Robert Fernandes məsələyə belə aydınlıq gətirib: “Ardadan çox şey gözləyirik. Ümid edirəm ki, o, gələn mövsüm komandanın əsas üzvlərindən biri olacaq. Arda ötən mövsümün ilk dövrəsində oynamasa da, qış fasiləsindən sonra kollektivə uyğunlaşma problemi yaşamadığını göstərdi. Ona inamımız tamdı”.
Ardanın son İspaniya çempionuyla 2020-ci ilə qədər müqaviləsi var. “Barselona” ötən il Ardanı “Atletiko”dan 35 milyon avroya transfer edib.
Lakin Kataloniya klubuna qoyulan transfer qadağası səbəbindən yanvar ayının 7-nə kimi meydana çıxa bilməyib. Yanvardan oynamağa başlayan türk futbolçu Kataloniya klubunda 25 oyun keçirib və 2 qol vurub.