Barbadoslu müğənni Rihanna yay tətilinə indidən başlayıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bilboard” musiqi mükafatı üçün Las-Veqasa gedən, daha sonra Nyu-York gecələrində paparassilərin hədəfinə çevrilən Rihanna malikanəsinə qayıdıb. Qayıdışının xəbərini sosial şəbəkədə paylaşan dünya ulduzunun indi də tətil fotoları yayılıb.
Qara, sinə dekolteli və zolaqlı çimərlik geyimi ilə fotolar çəkdirən Rihanna aksessuar seçməyi də unutmayıb. Tez-tez bikinili pozlar verən müğənninin bu fotoları pərəstişkarlarının ürəyincə olub.