новый коллаж

Futbolçuların anaları milli komandaya özünəməxsus şəkildə dəstək olublar.

Hər kəsin həyəcanla gözlədiyi futbol üzrə Avropa çempionatına sayılı günlər qalıb. Türk dünyası, o cümlədən bizim üçün bu çempionatı daha da həyəcanlı edən Türkiyə millisinin də turnirdə iştirak etməsidir.

“Avropa çempionatına yollanacaq 23 futbolçu müəyyənləşib”

Hazırda bütün türk dünyasının qəlbi “Ay-ulduzlular”la döyünür. Artıq Türkiyə millisi ilə bağlı bir-birindən maraqlı reklam çarxları lentə alınır. Növbəti belə videorolikə milli komandanın bəzi üzvlərinin anaları çəkilib.

Həmin reklam çarxını təqdim edirik:

Ötən gün Türkiyə millisinin baş məşqçisi Fatih Terim “Avro-2016″nın final mərhələsi üçün yığmanın yekun heyətini açıqlayıb.

“Ay ulduzlular”ın heyətində Avropa çempionatına yollanacaq 23 futbolçu müəyyənləşib.

Qapıçılar: Volkan Babacan (“Medipol Başakşehir”), Onur Recep Kıvrak (“Trabzonspor”), Harun Tekin (“Bursaspor”)

Müdafiəçilər: Gökhan Gönül, Şener Özbayraklı (hər ikisi “Fənərbaxça”), Hakan Balta (“Qalatasaray”), Caner Erkin (“Fənərbaxça”), İsmayıl Köybaşı (“Beşiktaş”), Semih Kaya (“Qalatasaray”), Ahmet Çalık (“Gənclərbirliyi”)

Yarımmüdafiəçilər: Mehmet Topal (“Fənərbaxça”), Səlçuk İnan (“Qalatasaray”), Ozan Tufan (“Fənərbaxça”), Oğuzhan Özyakup (“Beşiktaş”), Hakan Çalhanoğlu (“Bayer” Leverkuzen), Nuri Şahin (“Borussiya” Dortmund), Arda Turan (“Barselona”), Olcay Şahan (“Beşiktaş”), Volkan Şen (“Fənərbaxça”), Emre Mor (“Nordsjaelland”),

Hücumçular: Burak Yılmaz (“Pekin Qoan”), Cenk Tosun (“Beşiktaş”), Yunus Mallı (“Mayns”)

Загрузка...