Türkiyəli müğənni Demet Akalın həyat yoldaşı Okan Kurtla Bebek səmtində görüntülənib.
Axşam.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, küçədə dondurma yeyən cütlük müxbirlərin suallarını cavablandırıb. Demet bu dəfə özü deyil, həyat yoldaşı haqqında danışıb.
Müğənni Okanın “Paramparça” serialında rol alacağı xəbərinə aydınlıq gətirərək bunları deyib:
“Həyat yoldaşım çəkiliş meydançasına ayaq basmamış tükəndi. Yəni, film təklifini qəbul etmədi. Aktyorluq karyerasını başlamadan bitirdi. Özünə deyirəm ki, “aktyorluq sənin nəyinə lazımdır?”