Çinin mərkəzi hissəsindəki Hubey vilayətinin İçanq şəhərindəki kimya zavodunda güclü yanğın baş verib.
Modern.az xarici mediaya istinadən bildirir ki, yanğının səbəbi hələ ki müəyyənləşdirilməyib.
Hadisə yerində fövqəladə xidmət işləsə də, yanğını ram etmək asan deyil. Yanğın uzaqdan görünür. Qara tüstü şəhərin üzərini bürüyüb.