İyunda evlənəcəkləri xəbəri yayılan müğənni Murad Bozla aktrisa Aslı Enverin toyu təxirə düşüb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, buna səbəb Aslı olub. Birkan Sokullu ilə 3 illik evliliyini yeni bitirən Aslı hələ özünü hazır hiss etmədiyini bildirib.
Ad günündə Muradın Aslıya elçi gedəcəyi deyilsə də, bu baş tutmayıb. Aktrisa sevgilisindən bir az vaxt istəyib.