Britaniyanın “Daily Mail” qəzeti evində 140 kiloqramlıq ayını saxlayan rus ailədən yazıb. Musavat.com xəbər verir ki, 23 yaşlı ayı Svetlana və Yuri Panteleyenkonun evində üç aylığından yaşayır.
Qəzet yazır ki, Stepan adlı ayı axşamlar ər və arvsadla birlikdə divanda oturur və televizora baxır.
Ayı naharda 25 kiloqram balıq, tərəvəz və yumurta yeyir.
Panteleyenko ailəsinin dediyinə görə, ayı futbol fanatıdır, heç vaxt onları dişləməyib və qucaqlaşmağı çox sevir.